Azərbaycanda hindquşu ətinin istehsal edilməsi təklif olunur

15:09 | 19.08.2016
Azərbaycanda hindquşu ətinin istehsal edilməsi təklif olunur

Azərbaycanda hindquşu ətinin istehsal edilməsi təklif olunur

Azərbaycanda hindquşu ətinin kütləvi istehsalının təşkil olunması təklif edilir.
 
"Report" xəbər verir ki, belə bir təkliflə Bakıda keçirilən Beynəlxalq Quşçular Forumu çərçivəsində Avrasiya Quşçuluq Assosiasiyasının prezidenti Sergey Şabayev çıxış edib. 

Onun sözlərinə görə, Azərbaycanda hazırda bu növ quş əti demək olar ki, istehsal edilmir. 

"Kim isə bu addımı ilk dəfə atmalıdır. Biz dünən Bakıda keçirilən görüşlər zamanı bu məsələni müzakirə etmişik. Ümid edirik ki, bu forumdan sonra Azərbaycanda hindquşu, qaz, ördək ətinin istehsalı təşkil ediləcək", - deyə S.Şabayev əlavə edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb