Azərbaycandakı yasaq dini ədəbiyyata İrandan reaksiya

15:11 | 07.05.2014
Azərbaycandakı yasaq dini ədəbiyyata İrandan reaksiya

Azərbaycandakı yasaq dini ədəbiyyata İrandan reaksiya

“Azərbaycan Respublikasında qadağan olunmuş dini ədəbiyyat və kitabların siyahısı barədə mütləq İran İslam Respublikasının Bakıdakı səfirliyində lazımı izləmələri həyata keçirəcək və əmin olandan sonra dəyərləndirmə aparıb, öz cavabımızı verəcəyik”.   
“Axar.az” xəbər verir ki, bu açıqlama ilə İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyyə Əfxəm çıxış edib.   
O, hələlik Azərbaycanda qadağan olunmuş dini ədəbiyyatlarla bağlı hələlik heç bir məlumata malik olmadıqlarını bildiriblər:   “Azərbaycan Respublikasının Dini Komitəsi tərəfindən nəşr olunmuş və imamların həyatı, anti-vəhabilik kitablarının da ehtimal üzrə daxil olduğu qadağan edilmiş dini kitablar siyahısı haqda kifayət qədər məlumatımız yoxdur. Bu barədə dəqiq araşdırmadan sonra mövqe tutacağıq. Azərbaycan və İran xalqlarının bir çox yaxınlıqlar və ortaqlıqlara malik olduqlarına, digər tərəfdən də Azərbaycan xalqının doxsan səkkiz faizinin şiə olmasına görə, bu xalq indiyədək dini-məzhəbi əsərləri rəğbətlə qarşılayıbdır. Araşdırmadan sonra baxıb görməliyik ki, nə üçün bu siyahıya daxil olan kitabların bəzisi qadağan olunub və təhlükəli qələmə verilibdir. Azərbaycan Respublikasında qadağan olunmuş dini ədəbiyyat və kitabların siyahısı barədə mütləq İran İslam Respublikasının Bakıdakı səfirliyindən lazımı izləmələri həyata keçirəcək və əmin olandan sonra dəyərləndirmə aparıb, öz cavabımızı verəcəyik”.   
Qeyd edək ki, bir müddət öncə Azərbaycanda yeni qadağan olunmuş dini ədəbiyyat siyahısı dərc edilib. Siyahıda şiəlik, sünnilik, nurçuluq, xristianlığa aid müxtəlif kitablar yer alıb. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb