Bakı Metropolitenindən sərnişin sıxlığı ilə bağlı AÇIQLAMA

10:53 | 11.04.2016
Bakı Metropolitenindən sərnişin sıxlığı ilə bağlı AÇIQLAMA

Bakı Metropolitenindən sərnişin sıxlığı ilə bağlı AÇIQLAMA

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti metronun "Koroğlu" stansiyasında yaranmış sərnişin sıxlığına münasibət bildirib.

Qurumun mətbuat xidmətinin rəhbəri Nəsim Paşayev Trend-ə açıqlamasında bildirib ki, adı çəkilən metro stansiyasının girişində yaranan sıxlığa səbəb stansiyada təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqədardır.

N.Paşayev qeyd edib ki, həftənin ilk iş günü olduğundan həmin istiqamətdə pik saatlarda sərnişinlərin sayı çox olur: "Təhlükəsizlik tədbirləri gücləndirildiyindən sərnişinlər ciddi yoxlanılır və bu da qismən sıxlığa səbəb olub".

Qurum rəsmisi deyib ki, hazırda stansiyada vəziyyət normaldır.

Qeyd edək ki, bu gün səhər saatlarında metronun "Koroğlu" stansiyasının girişində sıxlıq yaranıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb