Bakı qalereyasında “Quşlar üçün viza” sərgisi – REPORTAJ

14:05 | 03.07.2015
Bakı qalereyasında “Quşlar üçün viza” sərgisi – REPORTAJ

Bakı qalereyasında “Quşlar üçün viza” sərgisi – REPORTAJ

Rüstəm Qasımov

Bir müddət əvvəl Bakının "Qız Qalası” qalereyasında məşhur azərbaycanlı rəssam Əliyar Əlimirzəyevin işlərindən ibarət fərdi sərgi baş tutub. Vernisaj özünün qeyri-adi və orijinal adıyla seçilirdi – "Quşlar üçün viza”. 

Azərbaycan Rəssamlar İttifaqının üzvü, əməkdar rəssam Əliyar Əlimirzəyev müəyyən ideya və konsepiyaları ilə seçilən maraqlı və özünəməxsus işlərini təqdim etdi. 
 


Sərgidə rəssam qrafik işlərlə yanaşı, heykəltaraşlıq nümunələrini də təqdim edirdi və mən sizin diqqətinizi buna cəlb etmək istəyirəm. Qeyri-adi elementlərdən, məsələn, velosiped təkərindən hazırlanmış əcaib formalar heykəllərə orijinallıq bəxş edirdi. Qadın obrazlarından hazırlanmış heykəllər xüsusilə diqqətəlayiq idi. Əlimirzəyevin işlərində baxana insan fantaziyasının tükənməzliyinə bir daha əmin olursan. Məsələn, "Yol 3” adlı heykəli vurğulamaq olar. O, müxtəlif elementlərdən - velosiped, maşın şini və velosipeddə oturmuş qadın ayaqlarından ibarətdir. Ən maraqlısı odur ki, qadının bədəni yoxdur, ancaq bu ümumi kompozisiyanı pozmur. Daha dəqiqi isə, velosiped çərçivəsi qadın bədənini, nəqliyyat vasitəsinin ön hissəsi isə qadın əllərini əvəz edir. Doğurdan da düşündürücü işdir. 
 




"Mütəfəkkir” adlanan digər heykəl isə insan başından və heyvan qafa tasından ibarət kompozisiyadır. 
 


Sərgilənən eksponatlar arasında qeyri-adi musiqi alətləri də təqdim edilirdi. Məsələn, bu skripka. 
 


Ancaq ikinci musiqi aləti də özünün qeyri-adiliyi ilə seçilirdi, çünki o dırnaqlı heyvanın qafa tasından ibarətdir.
 



Digər heykəl isə velosipeddə oturmuş qadındır, ancaq əks istiqamətdə oturmuş. Buna görə də, bir tərəfdən baxmaqla, heykəlinin konsepsiyasını və vəhdətini anlamaq mümkün deyil. Heykəlin ətrafında fırlanmaqla onu kəşf etmək olar. 
 



Şəkillər arasında mənim diqqətimi "Kəpənəksatan” adlı iş xüsusilə çəkdi. 
 
 

Həmçinin kataloqunun üz qabığında da olan şəkli vurğulamaq lazımdır. 
 


Kataloqdan söz düşmüşkən, onun da qeyri-adiliyi ilə seçildiyini bildirməliyəm. İş burasındadır ki, tədbirin kataloqu insan üçün yox, quşlar üçün viza şəklində hazırlanmışdı. 
 


Əliyar Əlimirzəyevin avtoportreti də xüsusilə seçilənlərdən idi. 
 
 

Ümumilikdə sərgi çox maraqlı və rəngarəng idi, o insan fantaziyasının hüdudsuzluğunu bizlərə bir daha sübut edirdi. 
 


Mədəniyyət, təhsil, elm və maarifçiliyi təbliğ edən ANN.Az portalı paytaxtımız Bakıda baş tutan mədəniyyət hadisələrini diqqətdən kənarda qoymur. Bu dəfə sizə Əliyar Əlimirzəyevin "Quşlar üçün viza” sərgisindən fotoları təqdim edirik. 
 


























www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM