• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərbaijan Steel Company” şirkəti mənim borcumu ödəmir - Müşfiq Həmidov - ŞİKAYƏT

"Azərbaijan Steel Company” şirkəti mənim borcumu ödəmir - Müşfiq Həmidov - ŞİKAYƏT
05.05.2023 13:47
"Azərbaijan Steel Company” Şirkətində fəaliyyət göstərən Müşfiq Həmidov həmin şirkətdən sığorta pulu və əməkhaqqını ala bilməməsindən narazılıq edir. Bu barədə şikayətçi anews.az-a müraciət edərək bildirib. 
 
Müşfiq Həmidov deyir ki, işlədiyi şirkətdə xəsarət alaraq ömürlük əmək qabiliyyətini itirib.

""Azərbaijan Steel Company”Şirkətində usta kimi çalışdığıma baxmayaraq mənim əmək kitabçama "usta köməkçisi” vəzifəsində çalışdığımı qeyd ediblər. Şirkətdə işlədiyim zaman yıxılmam və qolum sınıb. Bu hadisə baş verəndən qısa vaxt sonra mən şirkətə gedib işlədiyim vaxtın əməhaqqısını istədim. Onlar isə mənə kassa da pul yoxdur deyib, pulumu vermədilər. Dəfələrlə şirkətə gedib pulumu istəmişəm. Müdriyyət hər dəfə mənə deyir ki, "biz sənə heçnə vermirik, get hara istəyirsən şikayət et”. Mənim sığortamı, əməkhaqqımı, nədə təzminatımı vermədilər", - şikayətçi söyləyib. 
 
Həmidov bununla bağlı məhkəməyə üz tutduğunu söyləyib. 

"Nizami Rayon Məhkəməsinə müraciət etdim. Məhkəmənin qərarı ilə mənə 366 manat pul kəsdilər. Mən bununla razılaşmadım. Bundan sonra Apellyasiya Məhkəməsinə müraciət etdim. Ordan məni ekspertə, daha sonra isə Əmək Müfəttişliyinə göndərdilər. Sonra Apellyasiya Məhkəməsinin hakimi məni çağırdı. Hakim mənə deyir ki, "görürəm sən çox əziyyət çəkmisən, şirkət sənə 6 mindən artıq ödəniş edə bilmir. Gəl min manat da mən sənə cibimdən verim, səndə şirkətdən şikayətçi olma”. Mən razı olmadım. May ayının 2-də Bakı Apellyasiya məhkəməsi oldu. Hakim qərar verdi ki, işə bərpa ləğv olunsun və 3 min manat ödəniş edilsin. Mən yenə də bu qərarla razı deyiləm. Bunlar mənim əməkhaqqımı 200 manatdan hesablayırlar, halbuki mən işləyərkən minimum aldığım maaş 1500 manat olub. İş şəraitim həddindən artıq çox ağır və təhlükəli iş idi. Tələbim odur ki, mənim təqaüdüm təmin olunsun və sığortam ödənsin”, - şikayətçi bildirib.
 
Məsələ ilə bağlı "Azərbaijan Stell Company” şirkəti ilə əlaqə saxladıq. Şirkətdən bildirildi ki, məsələyə ilə bağlı rəhbər şəxsə məlumat verildikdən sonra açıqlama verilə bilər. Lakin heç bir açıqlama üçün zəng olunmadı.
 
Şirkətin mövqeyi olduğu halda yayımlamağa hazırıq. 
 

Eltac Nurullazadə
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Cəmiyyət 12:05
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Bakının bir sıra yollarında sürət həddi endirilib
Cəmiyyət 12:01
Bakının bir sıra yollarında sürət həddi endirilib
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri iki gün işləməyəcək
Cəmiyyət 10:51
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri iki gün işləməyəcək
Yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatında yarışların qalibləri müəyyənləşib
Cəmiyyət 18:06
Yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatında yarışların qalibləri müəyyənləşib
Bakıda Naxçıvan MR-in Daimi Nümayəndəliyi ləğv edilib
Cəmiyyət 17:46
Bakıda Naxçıvan MR-in Daimi Nümayəndəliyi ləğv edilib
Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 17:00
Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib
Tıxaclarda itirilən vaxt bir ildə 12 faiz artıb - hesabat
Cəmiyyət 16:48
Tıxaclarda itirilən vaxt bir ildə 12 faiz artıb - hesabat
Hərbiçilərin yürüşü ilə bağlı bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 16:40
Hərbiçilərin yürüşü ilə bağlı bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
Müəllimlərin sertifikasiyası ilə bağlı yeni təklif
Cəmiyyət 16:20
Müəllimlərin sertifikasiyası ilə bağlı yeni təklif
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol