• $
  • €
  • ₽
  • ₺
  • £

Məhkəmə Ramiz Tatarovla bağlı qərar çıxardı

Məhkəmə Ramiz Tatarovla bağlı qərar çıxardı
05.05.2023 11:07
Gəncə Apellyasiya Məhkəməsində Ağstafanın həbsdə vəfat etmiş sabiq icra başçısı Nizaməddin Quliyevlə birgə həbs olunmuş müavini Ramiz Tatarovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb. Bu barədə Pravda.az saytı yazıb. 

Hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Mərhum sabiq icra başçısı və müavini Ramiz Tatarov vəzifə cinayətləri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunublar.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nizaməddin Quliyev 9 il, Ramiz Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər.


Sonradan Gəncə Apellyasiya Məhkəməsi qərarı ilə Nizaməddin Quliyev vəfat etdiyi üçün cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib və onun 600 min manatlıq əmlakı üzərindən həbs götürülüb. Ramiz Tatarovun cəzası isə 8 il 3 aya endirilib. Ali Məhkəmənin qərarına əsasən, Ramiz Tatarovun cəzası azaldılaraq 6 ilə endirilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Cəmiyyət 12:05
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Bakının bir sıra yollarında sürət həddi endirilib
Cəmiyyət 12:01
Bakının bir sıra yollarında sürət həddi endirilib
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri iki gün işləməyəcək
Cəmiyyət 10:51
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri iki gün işləməyəcək
Yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatında yarışların qalibləri müəyyənləşib
Cəmiyyət 18:06
Yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatında yarışların qalibləri müəyyənləşib
Bakıda Naxçıvan MR-in Daimi Nümayəndəliyi ləğv edilib
Cəmiyyət 17:46
Bakıda Naxçıvan MR-in Daimi Nümayəndəliyi ləğv edilib
Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 17:00
Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib
Tıxaclarda itirilən vaxt bir ildə 12 faiz artıb - hesabat
Cəmiyyət 16:48
Tıxaclarda itirilən vaxt bir ildə 12 faiz artıb - hesabat
Hərbiçilərin yürüşü ilə bağlı bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 16:40
Hərbiçilərin yürüşü ilə bağlı bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
Müəllimlərin sertifikasiyası ilə bağlı yeni təklif
Cəmiyyət 16:20
Müəllimlərin sertifikasiyası ilə bağlı yeni təklif
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol