Ən çox bu ərazilərdə mina basdırılıb - ANAMA

İşğaldan azad olunmuş ərazilərdə minalar keçmişdə döyüşlər gedən və onlara yaxın sahələrə, yollar, ana yollar və yol kəsişmələrinə basdırılıb. Bu barədə ANAMA-dan bildirilib.
"Ən çox çirkəndirilən yerlər sırasına keçid və cığırlar, içməli və texniki su mənbələri, həmçinin elektrik dirəklərinin ətrafı daxildir. Minalar bağ və meşəlik ərazilərdə, əkin sahələrində, dağıdılmış və ya sahibsiz qalmış evlərdə də basdırılıb", - məlumatda qeyd olunub.
2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 299 nəfər mina qurbanlarından 55-i həlak olub, 244-ü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
2023-cü ilin dörd ayında işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) tərəfindən 3 878 ədəd mina və partlamamış hərbi sursat aşkarlanıb.
Bu ilin martın 17-də baş nazir Əli Əsədov Milli Məclisdə hökumətin hesabatında çıxışında bildirilib ki, hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.

Gülnar
www.anews.az