• $
  • €
  • ₽
  • ₺
  • £

Biznes subyektlərinin fəaliyyəti qadağan edilə bilməz - Məmməd Muradov

Biznes subyektlərinin fəaliyyəti qadağan edilə bilməz - Məmməd Muradov
05.05.2023 13:04
Biznes subyektlərinin fəaliyyəti qadağan edilə bilməz, turizm sənayesində belə bir yanaşma yoxdur. Bunu Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov "Turizm İnformasiya Sisteminin təqdimatı" adlı tədbirdə çıxışı zamanı deyib.

O,  bildirib ki, biznesə daxil olmaq azaddır və VÖEN qeydiyyatına əsaslanaraq turizm sahəsinə daxil olmaq mümkündür.

"Turizm sahəsinə daxil olduqdan sonra müəyyən qaydalar var ki, onlara əməl etmək lazımdır. Qaydalara əməl edilməməsi isə qanunvericiliyə əsasən müəyyən cərimələrlə sanksiyalaşdırılır. Turizm bələdçilərinə münasibətdə hansısa məhdudiyyət nəzərdə tutulmayıb. Yanaşma bundan ibarətdir ki, turizm bələdçilərini turizm reyestrindən qeydiyyatdan keçmək üçün təşviq etmək lazımdır. Bu baxımdan turizm reyestrindən qeydiyyatdan keçən, eyni zamanda bələdçilik sertifikatına malik olan turizm bələdçilərinin ölkəboyu muzeylərə, qalareyalara girişinin pulsuz olması təşviqi yanaşma kimi götürülüb. Təşviqimiz ondan ibarətdir ki, sənayedə olan bütün turizm bələdçiləri mərhələli şəkildə sertifikatlaşdırmaya getsinlər", - şöbə müdiri bildirib.
 
Turizm bazarının tənzimlənməsi, turizm sahəsində sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, ölkənin turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və turist məmnunluğunun təmin edilməsi məqsədilə 27 dekabr 2021-ci ildə qanun qəbul olunmuş və 18 fevral 2022-ci ildə isə qüvvəyə minmişdir. 5 fəsil, 22 maddədən ibarət olan Bu Qanun qüvvəyə mindiyi gündən "Turizm haqqında” 1999-cu il 4 iyun tarixli qanun ləğv edilmişdir. Qanunda turizm xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə turizm iştirakçıları, turizm sənayesi subyektlərinin etik davranış qaydaları, reyestrdə qeydiyyatı, hüquq və vəzifələri, turizm vizalarının verilməsi kimi mütərəqqi yeniliklər təsbit edilmiş, turizm sahəsinin maliyyə mənbələri açıqlanıb.


Eltac Nurullazadə

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Cəmiyyət 12:05
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Bakının bir sıra yollarında sürət həddi endirilib
Cəmiyyət 12:01
Bakının bir sıra yollarında sürət həddi endirilib
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri iki gün işləməyəcək
Cəmiyyət 10:51
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri iki gün işləməyəcək
Yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatında yarışların qalibləri müəyyənləşib
Cəmiyyət 18:06
Yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatında yarışların qalibləri müəyyənləşib
Bakıda Naxçıvan MR-in Daimi Nümayəndəliyi ləğv edilib
Cəmiyyət 17:46
Bakıda Naxçıvan MR-in Daimi Nümayəndəliyi ləğv edilib
Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 17:00
Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib
Tıxaclarda itirilən vaxt bir ildə 12 faiz artıb - hesabat
Cəmiyyət 16:48
Tıxaclarda itirilən vaxt bir ildə 12 faiz artıb - hesabat
Hərbiçilərin yürüşü ilə bağlı bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 16:40
Hərbiçilərin yürüşü ilə bağlı bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
Müəllimlərin sertifikasiyası ilə bağlı yeni təklif
Cəmiyyət 16:20
Müəllimlərin sertifikasiyası ilə bağlı yeni təklif
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol