• $
  • €
  • ₽
  • ₺
  • £

Ağdamda 12 kəndin inşası nəzərdə tutulur- Bəşir Hacıyev

Ağdamda 12 kəndin inşası nəzərdə  tutulur- Bəşir Hacıyev
05.05.2023 17:58
Ağdamda 5 yaşayış məhəlləsinin və 12 kəndin inşası nəzərdə tutulur. Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev bildirib.
 
"Ağdamda 5 yaşayış məhəlləsinin və 12 kəndin inşası nəzərdə tutulur. Prezidentin mayın 2-də Ağdama səfəri zamanı 2 və 3-cü yaşayış məhəllələrinin təməli qoyulub. Onların inşasının 2025-ci ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur. 2-ci yaşayış məhəlləsi 13,31 hektar ərazidə yerləşəcək, tikinti sahəsi 39 172 kvadratmetrdir. 3-cü yaşayış məhəlləsi isə 16,93 hektar ərazidə yerləşəcək. Burada 1 239 mənzilin tikintisi nəzərdə tutulub. Mənzillər 1,2,3,4 otaqlı olacaq",- Bəşir Hacıyev bildirib.

Prezident İlham Əliyev 2021-ci ilin mayında Ağdamın Baş Planını təsdiq etdikdən sonra burada bir sıra layihələrin təməli qoyulub və bərpa-tikinti işlərinə start verilib.
 
İşğaldan azad edilmiş ərazilərə ilk köç Zəngilan rayonunun Ağalı kəndinə baş tutub.
 
Ağdam 2020-ci ildə işğaldan azad olunub.

Sahəsi 1150 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail olublar.

Rayonun 202 200 nəfər əhalisi var. Hazırda məcburi köçkün həyatı yaşayan əhali respublikanın müxtəlif şəhər və rayonlarında məskunlaşıb.  

İşğaldan əvvəl Ağdamda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı fəaliyyət göstərib.

2008-ci ildə "Lonely Planet” jurnalı Ağdamı "Qafqaz Hiroşiması” adlandırıb. 2010-cu ildə "Əl-Cəzirə” Ağdamı "ruhlar şəhəri” siyahısına salıb.
 
Aytac Zeynalova



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Cəmiyyət 12:05
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Bakının bir sıra yollarında sürət həddi endirilib
Cəmiyyət 12:01
Bakının bir sıra yollarında sürət həddi endirilib
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri iki gün işləməyəcək
Cəmiyyət 10:51
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri iki gün işləməyəcək
Yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatında yarışların qalibləri müəyyənləşib
Cəmiyyət 18:06
Yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatında yarışların qalibləri müəyyənləşib
Bakıda Naxçıvan MR-in Daimi Nümayəndəliyi ləğv edilib
Cəmiyyət 17:46
Bakıda Naxçıvan MR-in Daimi Nümayəndəliyi ləğv edilib
Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 17:00
Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib
Tıxaclarda itirilən vaxt bir ildə 12 faiz artıb - hesabat
Cəmiyyət 16:48
Tıxaclarda itirilən vaxt bir ildə 12 faiz artıb - hesabat
Hərbiçilərin yürüşü ilə bağlı bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 16:40
Hərbiçilərin yürüşü ilə bağlı bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
Müəllimlərin sertifikasiyası ilə bağlı yeni təklif
Cəmiyyət 16:20
Müəllimlərin sertifikasiyası ilə bağlı yeni təklif
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol