• $
  • €
  • ₽
  • ₺
  • £

FHN-in Kadr siyasəti Baş idarəsi dövlət qulluqçuları üçün təlim keçirib - FOTO

FHN-in Kadr siyasəti Baş idarəsi dövlət qulluqçuları üçün təlim keçirib - FOTO
05.05.2023 18:35

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kadr siyasəti Baş idarəsi tərəfindən "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın Fəaliyyət Planına uyğun olaraq "Dövlət qulluqçularının, xüsusilə də rəhbər vəzifəli və dövlət qulluğuna yeni qəbul olunan şəxslərin etik davranış qaydaları sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə dövlət qulluqçularının etik davranışı” və "Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində peşəkarlığın artırılması məqsədilə dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən şəxslər üçün” mövzularında təlim keçirilib.

Tədbirdə FHN-in Aparatı və qurumlarında çalışan dövlət qulluqçuları iştirak ediblər.

Təlim zamanı FHN-in Kadr siyasəti Baş idarəsinin Kadr təminatı idarəsinin rəisi polkovnik Hikmət Osmanov peşəkarlığın artırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş "Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq qiymətləndirilmənin forması, dövrü, meyarları barədə təlim iştirakçılarına ətraflı məlumat verib. H.Osmanov bildirib ki, sözügedən qaydanın tətbiqi dövlət qulluqçusuna həm öz sahəsi, həm də dövlət orqanının ümumi fəaliyyəti üzrə geniş nəzəri və praktik biliklərə, yüksək vərdişlərə yiyələnməsinə və onları öz işində uğurla tətbiq etməsinə şərait yaradacaq.

Tədbirdə məruzə ilə çıxış edən FHN-in Kadr siyasəti Baş idarəsinin Təhsil və peşə hazırlığı şöbəsinin rəisi mayor Rəşad Həsənli dövlət qulluqçularının davranış qaydalarını tənzimləyən etik davranış qaydaları haqqında qanunda təsbit edilmiş normaları, bu qaydaların dövlət qulluqçuları üçün mənəvi, etik, hüquqi dəyərlərə malik olmasını təlim iştirakçılarının diqqətinə çatdırıb. R.Həsənli dövlət qulluğunda etik davranış qaydalarının prinsipləri, maraqların toqquşmasının qarşısının alınması üçün qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirlər, həmçinin dövlət qulluqçuları barəsində intizam icraatının tətbiq edilməsi halları barədə ətraflı məlumat verib.

Sonda təlim iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Cəmiyyət 12:05
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Bakının bir sıra yollarında sürət həddi endirilib
Cəmiyyət 12:01
Bakının bir sıra yollarında sürət həddi endirilib
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri iki gün işləməyəcək
Cəmiyyət 10:51
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri iki gün işləməyəcək
Yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatında yarışların qalibləri müəyyənləşib
Cəmiyyət 18:06
Yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatında yarışların qalibləri müəyyənləşib
Bakıda Naxçıvan MR-in Daimi Nümayəndəliyi ləğv edilib
Cəmiyyət 17:46
Bakıda Naxçıvan MR-in Daimi Nümayəndəliyi ləğv edilib
Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 17:00
Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib
Tıxaclarda itirilən vaxt bir ildə 12 faiz artıb - hesabat
Cəmiyyət 16:48
Tıxaclarda itirilən vaxt bir ildə 12 faiz artıb - hesabat
Hərbiçilərin yürüşü ilə bağlı bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 16:40
Hərbiçilərin yürüşü ilə bağlı bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
Müəllimlərin sertifikasiyası ilə bağlı yeni təklif
Cəmiyyət 16:20
Müəllimlərin sertifikasiyası ilə bağlı yeni təklif
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol