• $
  • €
  • ₽
  • ₺
  • £

Azəriqaz abonentlərə xəbərdarlıq edib

Azəriqaz abonentlərə xəbərdarlıq edib
05.05.2023 20:49
"Yay aylarında qazdan istifadə və avadanlıqların dəyişdirilməsi prosesində daha diqqətli olmaq lazımdır”.

Bu barədə SOCAR "Azəriqaz” İstehsalat Birliyinin SƏTƏMM və Keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov "Açıq qapı" aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib.
 
Onun sözlərinə görə qazla əlaqədar mühüm təhlükələrin əksəriyyəti yay aylarında baş verir: "Qış aylarında quraşdırılmış qaz sobalarının yayda otaqdan çıxarılması bir sıra təhlükələrə səbəb olur. Qaz borusunun üzərində olan bağlayıcı qurğunun qarşısı mütləq qaydada dəmir qapayıcı ilə bağlanmalıdır. Bunu abonentin etməsi yolverilməzdir və qaz cihazının sökülməsi mütəxəssislərə tapşırmalıdır. Əksər hallarda vətəndaşlar bu kimi işləri özləri yerinə yetirir və məsuliyyətsizlik nəticəsində partlayış hadisələri baş verir. Bildirmək istəyirəm ki, bu kimi hallar ölümlə nəticələnə bilir. Ona görə də maksimum dərəcədə məsuliyyətli olmaq lazımdır”.

Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev sonradan ödənişli (mexaniki tipli) qaz sayğaclarına müəyyən qurğuların yerləşdirildiyini qeyd edib. Şöbə rəisinin sözlərinə görə, MTK-larda artıq 40 min bu tip sayğaclar tətbiq edilib. "Sözügedən sayğaclara Birliyin mərkəzi aparatından çox real və rahat şəkildə nəzarət edilir. Bu proses bütün ölkə ərazisində tətbiq ediləcək və müəyyən zamanla fərdi yaşayış evlərinə də inteqrasiya ediləcək. O avadanlıq vasitəsi ilə abonentlərin qaz təchizatından rahat istifadəsi tamamilə təmin olunacaq”, - deyə qurum rəsmisi qeyd edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Cəmiyyət 12:05
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Bakının bir sıra yollarında sürət həddi endirilib
Cəmiyyət 12:01
Bakının bir sıra yollarında sürət həddi endirilib
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri iki gün işləməyəcək
Cəmiyyət 10:51
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri iki gün işləməyəcək
Yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatında yarışların qalibləri müəyyənləşib
Cəmiyyət 18:06
Yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatında yarışların qalibləri müəyyənləşib
Bakıda Naxçıvan MR-in Daimi Nümayəndəliyi ləğv edilib
Cəmiyyət 17:46
Bakıda Naxçıvan MR-in Daimi Nümayəndəliyi ləğv edilib
Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 17:00
Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib
Tıxaclarda itirilən vaxt bir ildə 12 faiz artıb - hesabat
Cəmiyyət 16:48
Tıxaclarda itirilən vaxt bir ildə 12 faiz artıb - hesabat
Hərbiçilərin yürüşü ilə bağlı bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 16:40
Hərbiçilərin yürüşü ilə bağlı bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
Müəllimlərin sertifikasiyası ilə bağlı yeni təklif
Cəmiyyət 16:20
Müəllimlərin sertifikasiyası ilə bağlı yeni təklif
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol