Dollarda tarixi bahalaşma

15:15 | 15.04.2015
Dollarda tarixi bahalaşma

Dollarda tarixi bahalaşma

Türkiyədə dolların məzənnəsi yenidən bahalaşıb.

ANS PRESS-in məlumatına görə, dollar türk lirəsinə nisbətdə bahalaşaraq yeni günə tarixi zirvədə başlayıb. 

ABŞ valyutası 2.6937 lirəyə yüksələrək tarixi rekorda imza atıb. Analitiklər bu vəziyyətin ürək açan olmadığını və iqtisadiyyat üçün təhlükəli bir vəziyyatin yarandığını deyirlər. 

Dollarla yanaşı avronun da məzənnəsi yüksəlməyə davam edib. Həftənin ilk günü 2.82 TL olan avro bu gün 2.8650 lirəyə qədər bahalaşıb. 

Qeyd edək ki, ABŞ-ın iyun ayında faizləri artırmaq istəyi dolların dəyərinin artımına gətirib çıxarır. 

Belə ki, dünən 1 dollar 2.6707 lirəlik rekord səviyyəyə yüksəlmişdi. ABŞ Mərkəz Bankının (Fed) faiz artımını yüksəltmək istəyi dolların dəyər qazanmasının əsas səbəbi olaraq göstərilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb