Erməni snayperi Azərbaycan əsgəri kimi təqdim edildi

14:57 | 10.10.2017
Erməni snayperi Azərbaycan əsgəri kimi təqdim edildi

Erməni snayperi Azərbaycan əsgəri kimi təqdim edildi

10-cu sinif "Gənclərin çağırışaqədərki hazırlığı” dərsliyində erməni snayperinin fotosu Azərbaycan əsgəri adı ilə təqdim edilib.

Mia.az xəbər verir ki, bu haqda jurnalist Rəşad Süleymanov məlumat yayıb:

"”Şərq-Qərb” nəşriyyatı 10-cu sinif "Gənclərin çağırışaqədərki hazırlığı” dərsliyində erməni snayperinin fotosunu Azərbaycan əsgəri adı ilə bizə sırıyır. Bilməyənlərin diqqətinə çatdırım ki, bu foto erməni snayperinin fotosudur. "Azatutyun” çəkib.”

Qeyd edək ki, adıçəkilən nəşriyyatın 10-cu siniflər üçün çap etdiyi tarix dərsliyində Qara dənizdən Xəzər dənizinədək olan ərazi Ermənistan xəritəsi olaraq təqdim edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb