FES banklarla bağlı rəyini açıqladı

18:20 | 23.06.2017
FES banklarla bağlı rəyini açıqladı

FES banklarla bağlı rəyini açıqladı

ABŞ-da fəaliyyət göstərən iri banklar güclü kapitallaşmaya sahibdir və ən sərt böhran şəraitində belə kreditləşməni davam etdirmək iqtidarındadır.

Anews.az "Interfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Federal Ehtiyat Sisteminin (Federal Reserve System, FED) açıqladığı stress-testlərin nəticələrində qeyd edilib.

Bu il FES 34 (ötən il 33) bankda yoxlama aparıb. Siyahıya "CIT Group” əlavə olunub.

Tənzimləyicinin "olduqca qeyri-qənaətbəxş” adlandırdığı ssenariyə əsasən, bankların məcmu zərəri 383 mlrd. dollar təşkil edir. Həmin ssenariyə əsasən, işsizliyin səviyyəsi 10% təşkil edir, daşınmaz əmlak bazarı isə 35% geriləyir.

FES bəyan edir ki, banklar 2008-ci ildə müşahidə olunan maliyyə böhranına bənzər vəziyyətə hazırdır və olduqca güclü "təhlükəsizlik yastığı”na malikdirlər.
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb