Gənc rəssamın “Dünyam” adlı fərdi sərgisi açılacaq

23:02 | 03.04.2014
Gənc rəssamın “Dünyam” adlı fərdi sərgisi açılacaq

Gənc rəssamın “Dünyam” adlı fərdi sərgisi açılacaq

 Aprelin 8-də “Baku Creative Center”də gənc rəssam Fəhriyyə Ələsgərzadənin “Dünyam” adlı fərdi sərgisi açılacaqdır.“Baku Creative Center”dən AzərTAc-a bildirmişlər ki, sərgidə rəssamın 30-a yaxın işi nümayiş olunacaqdır.Bu, gənc fırça ustasının müxtəlif illərdə yaratdığı rəsmlərinin təqdim edildiyi ilk sərgisidir. Sərgi 2 gün davam edəcəkdir.Fəhriyyə Ələsgərzadə 1999-cu il aprelin 8-də Bakıda anadan olmuşdur. O, uşaqlıqdan şəkil çəkməyə, müxtəlif fiqurlar düzəltməyə böyük həvəs göstərmişdir. Fəhriyyə 10 yaşından fərdi surətdə rəssamlıqla məşğul olmağa başlamışdır.Gənc rəssamın əl işləri müxtəlif sərgilərdə nümayiş etdirilmişdir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb