Hikmət Hacıyev Balayanın cavabını verdi

16:13 | 11.05.2018
Hikmət Hacıyev Balayanın cavabını verdi

Hikmət Hacıyev Balayanın cavabını verdi

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayanın açıqlamasına münasibət bildirib.

AzVision.az xəbər verir ki, Hikmət Hacıyev əvvəllər səsi çıxmayan və Sarkisyan rejiminin ünsürü olan bu şəxsin Ermənistandakı yeni siyasi hakimiyyətdə vəzifə tapmaq üçün yəqin ki, ekstra fəallıq göstərməyə çalışdığını söyləyib.
"Hələ də fərqində deyil ki, onun qulluq etdiyi Sarkisyan rejiminin siyasəti, o cümlədən Azərbaycana qarşı təcavüz və işğalın davam etməsi Ermənistanın bugünkü böhranının əsas səbəbidir. Ermənistanın yeni hakimiyyəti əvvəlki rejimin siyasətini davam etdirəcəksə, yəqin ki, onları da eyni aqibət gözləyir”, - deyə Hikmət Hacıyev qeyd edib.

Azərbaycan XİN-in sözçüsü bildirib ki, ümummilli lider Heydər Əliyev Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını aldı və Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurlu idarəçilik modeli əsasında Azərbaycan regionun aparıcı dövlətidir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb