“Human Rights Watch” hesabat hazırlayıb

08:34 | 19.05.2022
“Human Rights Watch” hesabat hazırlayıb

“Human Rights Watch” hesabat hazırlayıb

2022-ci ilin fevralından  martına kimi Rusiya həbçiləri Ukraynanın Kiyev və Çerniqov vilayətlərində mülki şəxsləri işgəncələrə məruz qoyub. Bu barədə "Human Rights Watch” hüquq müdafiə təşkilatının hesabatında deyilir.

Təşkilatın nümayəndələri apreldə Ukraynanın 17 fərqli bölgəsində olub.

"Müharibənin əvvəlində Rusiya qüvvələrinin Ukraynanın şimal-şərqindəki işğal olunmuş ərazilərdə törətdiyi çoxsaylı vəhşiliklər xüsusi qəddarlığı ilə seçilir. Mülki əhaliyə qarşı törədilən bu əməllər aşkar müharibə cinayətləridir və tez, qərəzsiz araşdırılmalıdır", - təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Georgi Qoqiya bildirib.

Hesabata görə, bir çox mülki şəxs rus hərbçilərinin onları uzun müddət çirkli, havasız otaqlarda, məktəb zirzəmisində, fabrikdə, qazanxanada saxlayıb. 

"Onlara zəruri ehtiyaclarını ödəmək icazəsi verilməyib. Əsirlər yeməksiz, susuz qalıb. Məsələn, Yaqodnoye kəndində rus hərbçiləri 350-dən çox yerli sakini 28 gün məktəbin zirzəmisində saxlayıb. Onlardan beşi körpə olmaqla azı 70-i uşaq olub. Təsəvvür edin ki, bu müddətdə heç kəs çölə buraxılmayıb. Otaqda nəfəs almağa heç nə, heç yatmağa boş yer də olmayıb. İnsanlar vedrələrdə rahatlıq tapmalı idilər”, hesabatda yazıb.

Rusiya ordusunun Ukrayna ərazisindəki davranışları Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən araşdırılır. Məhkəmənin baş prokuroru Kərim Xan bildirib ki, o, mümkün hərbi cinayətləri araşdırmaq üçün 42 müstəntiq, səhiyyə ekspertləri və digər mütəxəssislərdən ibarət qrup göndərib. 

Sözügedən qurum 2003-cü ildə fəaliyyətə başlayandan bəri ən böyük istintaq qrupudur.

Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Rusiyanın hərbi müdaxiləsindən sonra Ukraynada hərbi vəziyyət rejimi tətbiq edilib. Ukraynada hərbi vəziyyət rejiminin müddəti mayın 25-dək qüvvədədir.

Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.

Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.

Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.

Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.

Rusiyanın fevralın 24-də hərbi müdaxiləsi başlayandan mayın 16-dək Ukraynada 3 752 dinc sakin ölüb, 4 062 nəfər yaralanıb. Məlumatı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı İdarəsi yayıb. Bildirilib ki, 1 406 kişi, 927 qadın, 86 qız, 96 oğlan, 68 uşaq, 1 169-u yaşlı olmaqla 3 752 dinc sakin öldürülüb, 675 kişi, 472 qadın, 96 qız, 104 oğlan, eləcə də 88 uşaq, 2 550-si yaşlı olmaqla 4 062 dinc sakin yaralanıb.


Ləman Qasımova



0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb