​İstanbulda terror aktları nəticəsində ölən və yaralananların sayı artıb

14:52 | 29.06.2016
​İstanbulda terror aktları nəticəsində ölən və yaralananların sayı artıb

​İstanbulda terror aktları nəticəsində ölən və yaralananların sayı artıb

İstanbulun Atatürk Hava Limanında törədilən terror aktı nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Xəbərə görə, yaralananların sayı da artıb. Terror aktları nəticəsində 239 nəfər yaralanıb.

Qeyd edək ki, iyunun 28-də gecə saatlarında Atatürk hava limanında terror törədilib. Hadisədən bir qədər sonra 36 nəfərin öldüyü, 147 nəfərin isə yaralandığı haqda məlumat yayılmışdı. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb