Kabilin mərkəzində partlayış

11:07 | 19.04.2016
Kabilin mərkəzində partlayış

Kabilin mərkəzində partlayış

Əfqanıstanın paytaxtı Kabildə bu gün səhər saatlarında içərisinə partlayıcı qurğu yerləşdirilmiş avtomobil partladılıb.
 
"Report" yerli KİV-ə istinadən xəbər verir ki, partlayış Əfqanıstan Milli Təhlükəsizlik Agentliyinin (MTA) binası yaxınlığında həyata keçirilib.

Müdafiə Nazirliyi, Maliyyə Nazirliyi və MTA binalarının yerləşdiyi Pul-e-Mahmud Xan rayonunda atəş səsləri eşidilməkdədir.

Əfqanıstan prezidenti Əşrəf Qəni Kabilin mərkəzindəki partlayış nəticəsində ölən və yaralananların olduğunu bildirib.

Yerli xəstəxananın nümayəndəsinin sözlərinə görə, partlayışdan sonra tibb müəssisəsinə 8 yüngül yaralı hərbçi gətirilib. Yaralılar barədə dəqiq məlumat açıqlanmır.

Amma yerli KİV partlayış nəticəsində 24 nəfərin öldüyünü xəbər verib. Terror hücumuna görə məsuliyyəti taliblərin üzərlərinə götürdükləri də verilən məlumatlar arasındadır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti