Krım tatar məclisi ləğv olundu

14:28 | 19.04.2016
Krım tatar məclisi ləğv olundu

Krım tatar məclisi ləğv olundu

Rusiya Ədliyyə Nazirliyi Krım tatarlarının ali orqanını "ekstremist fəaliyyət”ə görə ləğv edib.

Nazirlik aprelin 18-də yaydığı bəyanatda bildirib ki, 1999-cu ildə qeydiyyatdan keçmiş Krım tatar məclisi "ekstremizm”ə görə bağlanan mülki və dini təşkilatlar siyahısına salınıb.

Tatarlar Krımın 2.5 milyonluq əhalisinin 12 faizini təşkil edir. Krım tatarları Rusiyanın bu yarımadanı ilhaq etməsinə qarşı çıxırdı. 2014-cü ilin martında Rusiyanın Krımı anneksiyasından sonra çoxları buranı tərk edib. Qalanlar ilə yerli hökumətin təqibinə məruz qaldıqlarını bildirirlər.

Beynəlxalq insan haqları qrupları Rusiyanın tatarlara münasibətini tənqid edir. (Azadliq.org)


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti