Kvemo Kartlidə koronavirusa yoluxanların sayı 50-yə çatdı

22:00 | 16.04.2020
Kvemo Kartlidə koronavirusa yoluxanların sayı 50-yə çatdı

Kvemo Kartlidə koronavirusa yoluxanların sayı 50-yə çatdı

Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Kvemo Kartli bölgəsində koronavirusa 50 yoluxma faktı təsdiqlənib.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə bölgə qubernatoru Şota Rexviaşvili bildirib.

O deyib ki, həmin şəxslərin 8-i sağalıb, 1-i isə ölüb.
Qubernator qeyd edib ki, Bolnisidə COVID-19 infeksiyasına daha 8 nəfər yoluxub.

O, həmin şəxslərin infeksiyaya yoluxan təcili tibbi yardım xidməti işçilərinin ailə üzvləri olduğunu deyib. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM