Leonardo Di Kaprio qətldə günahkar bilinir - FOTOLAR

17:19 | 25.06.2014
Leonardo Di Kaprio qətldə günahkar bilinir - FOTOLAR

Leonardo Di Kaprio qətldə günahkar bilinir - FOTOLAR

Endryu Şterninin həyat yoldaşı aktyorla ona xəyanət edib

Hollivud ulduzu Leonardo Di Kaprio model Keti Klirin 40 yaşlı həyat yoldaşının ölümündə günahkar hesab edilir.

ANS PRESS-in məlumatına görə, aktyor Kannda model ilə münasibət yaşayıb. Yan-yana söhbət edən cütlük kameralara görüntülənib. 

32 yaşlı Ketinin həyat yoldaşı Endryu Ştern həmin şəkilləri gördükdən sonra xəyanəti qəbul edə bilməyib özünü güllələyib. Ştern San Fernandoda baş nahiyyəsindən özünü güllələyib. 

Bir həftə bundan öncə model gecə klubunda Leonardonun yaxın dostları ilə təşkil etdiyi mərasimə qatılıb. Cütlük oradaca paparazzilərə tuş gəlib. Bir müddət sonra həmin şəkillər sosial şəbəkədə yayımlanıb. Görüntülərdə Hollivud ulduzunun modeli öpməsi və qucaqlaması gözlərdən yayınmayıb. 

Qeyd edək ki, Leonardo Di Kaprio hal hazırda "Victoria's Secret"in modellərindən olan Toni Qarrn ilə münasibətdədir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM