Peskov: "Türkiyə ilə əməkdaşlıqda məhdudiyyətləri aradan qaldıracaq sənədlər paketi hazırlanır"

18:42 | 30.06.2016
Peskov:

Peskov: "Türkiyə ilə əməkdaşlıqda məhdudiyyətləri aradan qaldıracaq sənədlər paketi hazırlanır"

Bütün bu sənədlər hazırda hökumət tərəfindən hazırlanır

"Hazırda Türkiyə ilə əməkdaşlıqda məhdudiyyətləri aradan qaldıracaq sənədlər paketi hazırlanır".

"Report" TASS-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Bu və ya digər fəaliyyət istiqamətində məhdudiyyətlər qoyan aktların yerinə müvafiq aktlar imzalanmalıdır. Bunun ardınca müvafiq olaraq prezidentin fərmanı da olacaq, hökumətin aktları da. Bütün bu sənədlər hazırda hökumət tərəfindən hazırlanır", - deyə Kreml rəsmisi bildirib.

Təhlükəsizlik məsələlərindən danışan D.Peskov terrorizmin yalnız Türkiyənin problemi olmadığını vurğulayıb. "Təəssüf ki, belə təhlükə bir çox ölkələrdə bizi təqib edir və onun coğrafiyasını müəyyənləşdirmək tamamilə mümkünsüzdür", - deyə mətbuat katibi qeyd edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb