Prezident süpürgəçilik etdi - VİDEO

18:20 | 31.10.2015
Prezident süpürgəçilik etdi - VİDEO

Prezident süpürgəçilik etdi - VİDEO

Kadırov doğulduğu şəhərin küçələrini süpürdü

Çeçenistan rəhbəri Ramzan Kadırov özünü əməyi ağır olan süpürgəçi rolunda sınayıb.

O, əlində süpürgə küçə süpürdüyü videonu İnstagram-da yerləşdirib, Oxu.Az kp.ru-ya istinadən xəbər verir.

"Mənim həyatım və işim Çeçenistanın minlərlə sakini ilə bağlıdır. Mən müxtəlif yaş kateqoriyasına, peşə, sosial təbəqəyə məxsus çoxsaylı insanları tanımağımla fəxr edirəm”, - Ramzan Kadırov bəyan edib.

O, həmçinin qeyd edib ki, onların arasında küçə, park və bağların təmizlənməsi üzrə ictimai işlə məşğul olan qadınlar xüsusi yer tutur.

"Mən onların yanından keçərkən onlarla salamlaşıb, hansı problemlərinin olduğunu öyrənməyi, onlara yardım etməyi özümə borc bilirəm. Qudermesdə bizim səmimi söhbətimiz olub”, Ramzan Kadırov bildirib.

Çeçenistan rəhbəri əlinə süpürgə alaraq küçəni süpürüb. Vidalaşmazdan öncə o süpürgəçilər ilə kollektiv xatirə fotosu çəkdirib. Ramzan Kadırov həmçinin qeyd edib ki, ilin fəsillərindən ən çox payızı sevir.

"Qızılı yarpaqlar ayağımın altında xışıldayır, sərin küləklər, qaranlıq və uzun gecələr, isti amma artıq qaynar olmayan günlər”, - Çeçenistan rəhbəri bölüşüb.

"Uşaqlığımı xatırladım. Çox işləməli olurdum, ot biçirdim, odun doğrayırdım, sevimli anama təsərrüfatda yardım edirdim”, - Kadırov bildirib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti