Qonşusunu yüksək musiqi səsinə görə güllələdi, hadisə kameraya yaxalandı – Video

21:26 | 05.02.2019
Qonşusunu yüksək musiqi səsinə görə güllələdi, hadisə kameraya yaxalandı – Video

Qonşusunu yüksək musiqi səsinə görə güllələdi, hadisə kameraya yaxalandı – Video

Qonşuların mübahisəsi Rusiyada ölümlə nəticələnib. Anapa şəhərində 53 yaşlı kişi səs salan qonşularını güllələyib.
Bizimyol.info xəbər verir ki, hadisə ilə bağlı kamera görüntüləri var. Kişi 60 yaşlı qonşusunu və onun oğlunu güllələyir.
Şahidlərin dediyinə görə, sonradan əli qana bulanan adam yüksək səs etiraz edib. Qonşu ata-oğul bundan narazı qalıb və onun üstünə gəlib. Onlar hətta əlində çəkic də gətirib. Amma yüksək səsdən qıcıqlanan adam daha hazırlıqlı olub. Əvvəlcə tüfənglə atanı başından vurub. Oğul hadisə yerindən qaçmağa imkan tapmayıb. Onu da qarnından yaralayıblar.
Qonşularını yaralayan kişi həm polisə, həm də təcili yardıma zəng vurub.
Videoda başqa adamlar da gözə dəyir. Onların arasında dava edənləri sakitləşdirmək istəyən də var. Kişi qonşularını güllələyəndən sonra həyat yoldaşı da çölə çıxır.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb