Ramazan bayramında İranda terror törətmək istəyənlər saxlanılıb

14:00 | 06.04.2024
Ramazan bayramında İranda terror törətmək istəyənlər saxlanılıb

Ramazan bayramında İranda terror törətmək istəyənlər saxlanılıb

İranda Ramazan bayramında terror törətməyə hazırlaşan İŞİD qruplaşması həbs olunub. Bu barədə İran mətbuatı ölkənin polis sözçüsü  Səid Montazer əl-Mehdiyə istinadan yazıb. 


"Xüsusi xidmətlər İslam Dövlətinin yüksək rütbəli üzvü Məhəmməd Zakeri və bu terror qruplaşmasının bölməsinin digər iki üzvünü saxlayıb. Onlar Ramazan bayramı günü kamikadzelərin köməyi ilə partlayışlar təşkil etməyi planlaşdırıblar",- o bildirib.
 
Polis terrorçuların 8 şərikini saxladığını da açıqlayıb. 


Ramazan bayramı Ramazan ayında davam edən orucun bitməsini qeyd edən əsas müsəlman bayramlarından biridir. 2024-cü ildə aprelin 10-na təsadüf edir.
 
Bir neçə gün öncə İranda bir neçə polis bölmələrinə terror hücumu olub. Nəticədə 5 polis ölüb, 10-dan çox yaralanıb. İran terror aktını törədən 8 nəfəri öldürüb və bildirib ki, bu say arta bilər. 
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb