Rusiyadan "dollara" qarşı tədbirlər

13:00 | 13.08.2018
Rusiyadan

Rusiyadan "dollara" qarşı tədbirlər

ANEWS.AZ "trthaber”ə istinadən xəbər verir ki,Rusiya Baş nazirinin birinci müavini və Maliyyə Naziri Anton Siluanov Rusiyanın "Rusiya 1" telekanalına verdiyi müsahibəsində Rusiyaya ABŞ sanksiyalarından dolayı dollarların istifadəsini azaldacaqlarını bildirib.
 
 
"Dolların yerinə avro və Çin yuanını istifadə edəcəyik"

ABŞ-ın sanksiyalar istiqamətindəki aktivlərini azaltdıqlarını vurğulayan Siluanov, "ABŞ aktivlərində əhəmiyyətli ölçüdə investisiyalarımızı azaltdıq və azaltmağa davam edəcəyik. Dolların yerinə avro və Çin yuanı kimi valyutaların istifadəsini artıracağıq. ABŞ dolları beynəlxalq ticarətdə təhlükəli bir vasitə halına gəldi. "
 
"ABŞ sanksiyaları sanksiyalar xoşagəlməz nəticələrə səbəb olacaq"
 
 
Siluanov Rusiyadakı Amerika şirkətlərinə sanksiyalar tətbiq etməyi planlaşdırmadıqlarını bildirib:
 
"Çünki bu şirkətlər Rusiya vətəndaşlarını işə götürürlər. Neft ticarətində yerli valyutanın keçməsinin mümkünlüyünü nəzərdən keçiririk. ABŞ-ın sanksiyaları amerikalılar üçün xoşagəlməz nəticələrə səbəb olacaq. "
 
Prezident Rəcəb Tayyib Ərdoğan, dünən etdiyi şərhdə, Türkiyənin Çin, Rusiya, İran, Ukrayna kimi ölkələrlə ticarətin milli pul vahidləri üzərindən edilməsinin planlaşdırıldığını açıqlamışdı. Rusiya Dövlət Başçısı Vladimir Putin, ABŞ dollarını bir siyasi alət olaraq istifadəsini tənqid etdi və "Amerikanin dollar istifadəsini məhdudlaşdırmaq kimi addımı strateji bir səhv olaraq görürük " dedi. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb