Rusiyalıların əksəriyyəti SSRİ-ni bərpa etmək istərdi

21:27 | 19.04.2016
Rusiyalıların əksəriyyəti SSRİ-ni bərpa etmək istərdi

Rusiyalıların əksəriyyəti SSRİ-ni bərpa etmək istərdi

Rusiyalıların yarıdan çoxu hesab edirlər ki, Sovet İttifaqının dağılmasından qaçınmaq olardı (51%) və bunun baş verdiyinə heyfsilənirlər (56%).

Oxu.Az xəbər verir ki, bu barədə İnterfaks-a Levada mərkəzindən bildiriblər.

Sovet dövrü üçün darıxanların sayı 2010-cu ilin noyabrından bu yana ən yüksək olub, amma SSRİ üçün darıxanların sayının tarixi maksimumu 2000-ci ilin dekabrında aparılan sorğuda olub (75%).

İttifaqın dağılmasına kədərlənənlərin sayı azalıb, noyabrda 37% olan göstərici indi 28% olub. Cavab verməkdə çətinlik çəkənlərin sayı 16% olub, bu Rusiyanın 48 regionunda 137 yaşayış məntəqəsində 1600 nəfər arasında 25-28 mart tarixlərində aparılan sorğunun nəticələridir.

SSRİ-nin dağılmasının qaçınılmaz olduğunu sorğuda iştirak edənlərin 33%-i bildirib, 17%-i cavab verə bilməyib.

Sosiolqolar sorğuda iştirak edənlərin əksəriyyətinin (58%) Sovet İttifaqının və sosialist sisteminin bərpasını istədiklərini, bununla yanaşı sorğuda iştirak edənlərin 44%-i  bunun hazırda real olmadığını qeyd edib. Eyni zamanda sorğuda iştirak edənlərin 31%-i Sovet İttifaqının və sosialist sisteminin bərpasını istəmədiyini bildirib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb