Savçenko Rusiyaya qarşı sanksiyaların ləğvini təklif edib

21:00 | 22.06.2016
Savçenko Rusiyaya qarşı sanksiyaların ləğvini təklif edib

Savçenko Rusiyaya qarşı sanksiyaların ləğvini təklif edib

"Rusiya və Avropada sadə insanların anti-Rusiya sanksiyalarından əziyyət çəkməsi mənim üçün çox xoşagəlməz haldır”.
 
APA-nın "lenta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu Ukrayna Ali Radasının deputatı Nadejda Savçenko "Deutsche Welle” nəşrinə müsahibəsində deyib.
 
N. Savçenko bildirib ki, Rusiya əleyhinə iqtisadi sanksiyalar tədricən aradan qaldırılmalıdır.
 
Xatırladaq ki, iyunun 21-də Avropa İttifaqına üzv ölkələrin nümayəndələri Rusiyaya qarşı sanksiyaların uzadılması ilə bağlı razılığa gəliblər. Bununla yanaşı, Avrokomissiyanın rəhbəri Jan Klod Yunker məhdudiyyətlərin azaldıla biləcəyini istisna etməyib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb