“Sevimli Xəzərim” - əl işləri ustalarının sərgisi REPORTAJ

19:30 | 05.10.2015
“Sevimli Xəzərim” - əl işləri ustalarının sərgisi – REPORTAJ

“Sevimli Xəzərim” - əl işləri ustalarının sərgisi REPORTAJ

Lyubov Qasımova

Payız gəldi, təbiətdə yeni rənglər, qoxular, hisslər oyandı. Əl işləri ustalarının yaradıcılığının çiçəklənməsi üçün də əlavə stimul yarandı və beləliklə, onlar 2-3 oktyabr tarixlərində "ISR PLAZA” otelinin konfrans zalında "Mənim Xəzərim” adlı yeni sərgilərini keçirdilər. 

Həmişə olduğu kimi ustalar bu dəfə də ən yaxşısını eləməyə çalışdılar, muncuqdan, kofedən, şüşədən, ipəkdən, taxtadan, kağızdan və s. materiallardan ibarət işlərini təqdim etdilər. 

Sərgidə hər cür formada və hər cür gözəllikdə sərgilənən eksponatlar görmək mümkün idi.
 

 
Sərgidə İnessa Sadiqi, Svetlana Cəfərova, Tatyana Nağıyeva, İradə Fətullayeva, Elnarə Xaliqova kimi ustalar iştirak edirdilər. Rəna Korkmazın, Alena Səlimovanın, Marina Cəfərovanın da işlərini qeyd etmək lazımdır. Bu insanların hər biri böyük istedad sahibidir və onların yaradıcılığı insanda heyranlıq oyandırır. 
 


Mən onların məşğuliyyətlərini daha dərindən öyrənmək məqsədiylə istədim müsahibələr götürüm. Səbinə Əhmədova məsələn, o, özünün oyuncaqlarını və Tilda kuklalarını sərgiləyirdi. 
 


"Ümid edirəm mənim məşğuliyyətim sizin ürəyinizcədir. Mənim oyuncaqların həm uşaqlar, həm də böyüklər üçün hədiyyə ola bilər. Həm də sizin interyerinizin bir parçası ola bilər. Siz həmçinin öz dizaynınıza uyğun oyuncaq sifariş edə bilərsiniz. Oyuncaqların ölçüləri müxtəlifdir, məsələn, böyük dovşanın ölçüsü 47 sm, kiçiyininki isə 36 sm-dir. Bir oyuncağın hazırlanması təxminən 5 gün vaxt alır. Oyuncaqlar üçün hədiyyə paketi və şəxsi ismarıc və ya təbrik etmək üçün etiketlər də var”, - Sabina xanım açıqlamasında dedi. 

- Səbinə xanım, nəyə görə məhz Tilda kuklaları və siz nə qədər vaxtdır bu işlə məşğulsunuz? 

- İnternetdə mən Pribaltikadan olan bir rəssamın kuklalarını gördüm və heyran qaldım. Tikmək eşqi məndə uşaqlıqdan olub. Mən tikiş maşını, material aldım və bu işə ciddi şəkildə girişdim. Elə ilk cəhddə mən qəşəng kukla yarada bildim və bu mənə işi davam etdirmək üçün ilham verdi. Sevimli dovşanlarımı artıq mən bir ildir ki, düzəldirəm. İlk dəfə onları publikaya Kapelhausdakı sərgi zamanı təqdim etdim. 

- Tilda kuklalarını tikmək istəyən qız nədən başlamalıdır? 

- Tikiş tikmək hələ bir şey demək deyil. İstək də olmalıdır, bu peşəyə sevgi və möcüzələr yaratmağa imkan verən fantaziya qabiliyyəti də olmalıdır. 

- Sizin balaca oyuncaqlarınız nə üçün lazımdır?

- Bu maraqlı balacalar qəlb üçün lazımdır, onlarla evinizi bəzəyi edə bilərsiniz, onlar sizə istilik və zəriflik bəxş edəcəklər. 

 
Vəfa Cəfərova gözəl talismanlar və qutular hazırlayır. 

- Vəfa xanım, sizcə nəyə görə insanlar hələ də mistik, qeyri-adi qüvvələrə inanırlar və hələ də talismanlara maraq göstərirlər? Öz işləriniz barədə bizə məlumat verərdiniz, onları hazırlamaq çətindirmi? 

- Mən özüm damdabacalara inanıram, ona görə başqaları üçün talismanlar tikirəm. Talisman alanda dəqiq olmaq lazımdır, bilmək lazımdır onu özünüz üçün alırsız, yoxsa başqası üçün. Hər növ talismanın öz mənası və missiyası var. Mən öz talismanlarımı böyük zövqlə hazırlayıram, ona görə də onları tikmək mənə çətin gəlmir. 

- Sizin qutularınız da çox gözəldir. İndi fabrikatların sayı çoxdur, əvvəllər isə onları əllə hazırlayırdılar. Necə düşünürsünüz, insanlar niyə əl işlərini bu qədər bəyənirlər? 

- Ona görə ki, insanlar ekzkuluziv şeyləri sevirlər. Bəs onları hardan əldə etmək olar, əlbəttə ki, bizim kimi əl işləri ustalarından. 

- Satış-yarmarkasının bütün üzvləri "Azərbaycan əl işləri sənətkarları” qrupunun üzvləridir. Qrupun rəhbəri isə enerjili, istedadlı və məqsədyönlü Ella xanım Bağırovadır, belə yarmarkaların təşkilatçısı da odur. 

Həmişə olduğu kimi o öz yarmarkasına "Azərbaycan əl işləri ustaları” qrupunun yeni üzvlərini də dəvət edir. 

Onların arasında ilk tanış olduqlarımdan biri Məlikova Leyla idi. Leyla xanım şüşə üzərində şəkil çəkməklə virtaj işi ilə məşğul olur və bundan böyük zövq alır. Bundan başqa, o, tələbələrə xarici dildən dərs deyir və uşaq baxçasında körpələrə art-terapiya keçir. Leyla xanım 5 yaşlı uşaqlara saxsıyla işləməyi, şüşə üzərində işləməyi və uşaqları incəsənətlə məşğul olmağı öyrədir. 

Ağabacı Məmmədova artıq 9 aydır ki, muncuq işiylə məşğuldur. O, internet vasitəsilə master-klass keçib. Onun fikrincə, bu işdə ən vacib şey fantaziyadır. Qızı və əri də ona bu işdə kömək edirlər. Ağabacı xanım ilk dəfədir belə sərgidə iştirak edir. 

Bu sərgidə çox sayda istedadlı əl işləri ustalarının bir-birindən maraqlı işləriylə tanış olmaq mümkün idi. Onların hər biri öz orijinallığı və gözəlliyi ilə diqqəti cəlb edirdi. Sizə xoş xəbərimiz var, bu qəbildən olan sərgilər Bakıda yenə də keçiriləcək və maraqlananlar sərgilərdə, yarmarkalarda iştirak etməklə həm gözəl incəsənət nümunələriylə tanış ola, həm də istədikləri məmulatları sifariş edə biləcəklər.
 
Sərgidən fotosessiyanı təqdim edirik: 
 



































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb