Silahlı Qüvvələrdə yeni tədris dövrü davam edir - FOTOLAR

16:13 | 18.02.2016
Silahlı Qüvvələrdə yeni tədris dövrü davam edir - FOTOLAR

Silahlı Qüvvələrdə yeni tədris dövrü davam edir - FOTOLAR

Azərbaycan Silahlı Qüvvələrində uğurla başlayan yeni tədris ili birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri və idarəetmə orqanlarının bütün şəxsi heyətini əhatə edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ali Baş Komandanın tələblərinə, müdafiə nazirinin əmr və sərəncamlarına uyğun olaraq, Silahlı Qüvvələr qarşısında qoyulan tapşırıqlar quruda, dənizdə, səmada real təhdid və risklərin qarşısının alınmasının təmin olunması məqsədini daşıyır.

Maddi-texniki bazanın gücləndirilməsi, əsaslı planlaşdırma və digər təşkilati məsələlər yeni tədris ilində döyüş hazırlığının daha intensiv və məzmunlu aparılmasına imkan yaradıb.

Müdafiə nazirinin göstərişi ilə əsas diqqət şəxsi heyət tərəfindən müasir döyüş texnikası, silah-sursat və digər hərbi vasitələrin müxtəlif iqlim və çətin relyef şəraitində düzgün istifadə və tətbiq edilməsi bacarıqlarının artırılmasına yönəldilib.

Müxtəlif kateqoriyalı komandirlər qarşıda qoyulmuş məqsədlərə nail olmaq üçün plana uyğun və ardıcıl surətdə silahlardan istifadə olunması, qoşunların idarəedilməsi effektivliyinin yüksəldilməsi, qarşılıqlı uzlaşmanın gücləndirilməsi, döyüş növbətçiliyinin daha keyfiyyətli təşkili və digər istiqamətlər üzrə vərdişləri təkmilləşdirirlər.
 








www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb