SOCAR benzin qıtlığı ilə bağlı məlumat yaydı - RƏSMİ

12:18 | 30.03.2020
SOCAR benzin qıtlığı ilə bağlı məlumat yaydı - RƏSMİ

SOCAR benzin qıtlığı ilə bağlı məlumat yaydı - RƏSMİ

Yanacaq qıtlığı ilə bağlı əhali arasında yayılan şayələr əsassızdır, bu barədə Azərbaycan Dövlət Neft Şirkəti məlumat yayıb. 
 
"Azərbaycanda yanacağın satışı ilə bağlı heç bir məhdudiyyət qoyulmayıb. SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu öz fəaliyyətini normal rejimdə davam etdirir. Ölkəmizin enerji təhlükəsizliyi tam təmin olunub. Bütün istehlak edilən yanacaq növləri əhaliyə sərbəst şəkildə satılır. Bu istiqamətdə narahatlıq üçün heç bir əsas yoxdur", - deyə bəyanatda bildirilir. 
 
SOCAR  həmçinin vətəndaşlarımızı təşviş yaradan şayiələrə yox, yalnız rəsmi məlumatlara inanmağa çağırır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb