SOCAR Trading SA və ONGC Videsh Limited anlaşma memorandumu imzaladı

12:12 | 30.05.2016
SOCAR Trading SA və ONGC Videsh Limited anlaşma memorandumu imzaladı

SOCAR Trading SA və ONGC Videsh Limited anlaşma memorandumu imzaladı

İmzalanmış memorandum iki tərəfin neft-qaz sənayesində əməkdaşlığını nəzərdə tutur

SOCAR Trading SA və ONGC Videsh Limited anlaşma memorandumu imzalayıb.

"Report" "SOCAR Trading"ə istinadən xəbər verir ki, imzalanma mayın 27-də baş tutub.

İmzalanmış memorandum iki tərəfin satışdan gələn gəlirin optimallaşmasında təcrübənin mübadiləsi yolu ilə neft-qaz sənayesində əməkdaşlığını nəzərdə tutur.

Qərargahı Cenevrədə yerləşən "SOCAR Trading" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) marketinq bölməsi kimi Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yaxınlıqdakı digər yataqlarından hasil olunan Azərbaycan neftinin satışı üçün 2007-ci ilin dekabr ayında qeydiyyatdan keçib. 2016-cı il yanvar ayına olan vəziyyətə görə, "SOCAR Trading"in Cenevrə, London, Sinqapur, Dubay və Kalqaridəki beş əsas ticarət nümayəndəliklərində, eləcə də bir neçə digər nümayəndəlikdə olan 200-dən artıq əməkdaşı var. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb