SOCAR Türkiyədə yeni zavod tikməyə hazırlaşır

22:04 | 24.04.2019
SOCAR  Türkiyədə yeni zavod tikməyə hazırlaşır

SOCAR Türkiyədə yeni zavod tikməyə hazırlaşır

SOCAR Türkiyə  və BP  2020-ci ildə yeni Neft-kimya kompleksinin tikintisinə start verəcək, bu barədə  "SOCAR Turkey Enerji A.Ş.”nin layihə direktoru Emil Alxaslı bildirib.


Onun sözlərinə görə, müəssisənin 2023-cü ildə  istismara verilməsi nəzərdə tutulub. Zvodun layihələndirmə işləri ilə bağlı tenderelan olunub. Tenderdə 3 şirkət iştirak edir və  may ayında onun nəticələri bilinəcək 
 
2020-ci il ərzində layihələndirmə işləri bitdikdən sonra inşaat işləri həyata keçiriləcək”.


O xatırladıb ki, yeni zavodda 830 min ton paraksilol, 400 min tona yaxın benzol, 1,250 milyon tonn saflaşdırılmış tereftal turşusu istehsal ediləcək.


"Tereftal turşusuna Türkiyə bazarında 1 mln. ton tələbat var və bu tələbat artmaqda davam edir, bu məhsulun Türkiyə bazarının tələbatını ödəməsi gözlənilir, bundan başqa 20-25% həcmində ixrac da həyata keçirilə bilər. Benzolun isə ixrac olunması nəzərdə tutulub.


Xammal olaraq reformat və piroliz qətranı istifadə olunacaq. Reformat STAR zavodundan, piroliz qətranı "Petkim” neft-kimya kompleksindən təmin ediləcək”, - deyə E.Alxaslı bildirib.


Onun sözlərinə görə, layihənin dəyəri ilin sonuna müəyyənləşəcək.


Qeyd edək ki, ötən ilin dekabr ayında BP və "SOCAR Turkey Enerji A.Ş.” Türkiyədə dünya miqyaslı neft-kimya kompleksinin tikilməsi və onun idarəçiliyinin həyata keçirilməsi üçün birgə müəssisə yaradılması planlarının dəyərləndirilməsinə dair saziş prinsiplərini imzalayıb.




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb