“Taxt-tacların oyunu” Ginnesin Rekordlar kitabına düşdü

21:06 | 02.09.2016
“Taxt-tacların oyunu” Ginnesin Rekordlar kitabına düşdü

“Taxt-tacların oyunu” Ginnesin Rekordlar kitabına düşdü

Amerikanın "HBO” telekanalında yayımlanan "Taxt-tacların oyunu” serialı "pirat saytlardan” ən çox yüklənən serial kimi Ginnesin Rekordlar kitabına düşüb, bu barədə təşkilatın rəsmi saytında məlumat yayılıb. 

Oxu.Az xəbər verir ki, "TorrentFreak” - yükləmələrin monitorinq saytının məlumatına görə, 2015-ci ilin aprel ayından iyuna qədər serialın 14,4 milyon qanunsuz yüklənməsi qeydə alınıb.  

Bundan başqa serial TV-şou arasında da rekord vurub, belə ki, beşinci mövsümə görə, 12 "Emmi” mükafatı alıb. 

"Ginnesin Rekordlar kitabı - 2017”-nin yeni nəşri satışa sentyabrın 8-dən çıxacaq. 

Daha öncə "Taxt-tacların oyunu” serialının altıncı mövsümünün finalına rekord sayda baxış olduğu barədə məlumat yayılmışdı. "Qışın küləkləri” epizoduna HBO kanalında 8,9 milyon nəfər baxıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb