Timoşenkonun partiyasının ofisini partlatdılar - FOTOLAR

18:00 | 04.07.2015
Timoşenkonun partiyasının ofisini partlatdılar - FOTOLAR

Timoşenkonun partiyasının ofisini partlatdılar - FOTOLAR

İyulun 3-dən 4-nə keçən gecə Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonun lideri olduğu "Batkivşina” partiyasının Suma şəhərindəki ofisində partlayış baş verib.

ANN.Az Modern.az-a istinadən xəbər verir ki, Sumski vilayəti Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yerli vaxtla gecə saat 2:55-də şəhər milisinin növbətçi hissəsinə edilən anonim zəngdə "Batkivşina”nın ofisində partlayış baş verdiyi deyilib.

Hadisə yerinə gedən milislər partlayış nəticəsində heç kimin xəsarət almadığını müəyyənləşdiriblər. Hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. "Terror” maddəsi ilə cinayət işinin qaldırılacağı istisna edilmir.    
 





www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb