Türkiyə İsrail agentlərinin həbsinə başlayıb

17:58 | 05.04.2024
Türkiyə İsrail agentlərinin həbsinə başlayıb

Türkiyə İsrail agentlərinin həbsinə başlayıb

Türkiyə polisi və kəşfiyyatçıları Türkiyədəki şəxslər və şirkətlər haqqında məlumat toplayıb İsrail kəşfiyyat xidmətlərinə ötürən 8 nəfəri saxlayıb. Bu barədə respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Əli Erlikaya X-dakı səhifəsində məlumat verib.


"Türkiyədə fiziki şəxslər və şirkətlər haqqında məlumat toplayıb İsrail kəşfiyyat xidmətlərinə ötürməkdə şübhəli bilinən 8 nəfər tutulub. Onlardan 2-si həbs edilib, 6-sı isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb",  - Elikaya bildirib.

Nazir əməliyyatın Təhlükəsizlik Baş İdarəsi, Türkiyə Milli Kəşfiyyat Təşkilatı, Terrorla Mübarizə İdarəsi və Baş Prokurorluğun müvafiq idarələri tərəfindən birgə həyata keçirildiyini izah edib.

"Araşdırma nəticəsində müəyyən edilib ki, həmin şəxslər İsrail kəşfiyyatının nümayəndələri ilə görüşlər keçirib, Türkiyədə İsrail kəşfiyyatının maraq dairəsinə düşən şəxslər və şirkətlər haqqında məlumatlar toplayıblar. İsrail kəşfiyyat xidmətlərinə toplanıb”, - Erlikaya vrğulayıb. 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb