"Twitter"in Rusiyadakı yeganə əməkdaşı işdən çıxarıldı

20:39 | 28.10.2016

"Twitter"in Rusiyadakı yeganə əməkdaşı işdən çıxarıldı

"Twitter” mikrobloqunda çalışan yeganə Rusiya vətəndaşı ixtisara düşüb.
 
Son 3 ildə "Twitter”in "Media partnerships” bölməsində çalışan Aleksey Şelestenko hazırda şirkətin həyata keçirdiyi ixtisar dalğasına tuş gəlib. Bu barədə o, özünün "Facebook” səhifəsində yazıb. A. Şelestenko şirkətin Rusiyadakı yeganə əməkdaşı idi.
 
"Bu 3 ildə nə qədər maraqlı hadisələr baş verib… Rusiyadakı "Twitter” macəralarım haqda kitab yazmaq olar”, - deyə o, bildirib.  
 
Qeyd edək ki, "Twitter” əməliyyat xərclərini azaltmaq üçün ixtisara başlayıb. Şirkət əməkdaşlarının 9 faizini – 350 nəfəri işdən çıxaracaq.//ikt.lent.az

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM