"Vosmoyun bazarı" - FOTOLAR

10:12 | 06.07.2015

"Vosmoyun bazarı" - FOTOLAR

Ta qədimdən ən müxtəlif təbəqəli insanların toplandığı yer bazar olub. Maddi ehtiyaclarını - əsasən qida, pal-paltar ehtiyaclarını ödəməkdən ötrü kasıb da, varlı da bazara üz tutmağa məcbur idilər.

Qədim zamanlarda bazar həm də sənətkarların, ustaların iş yerləri sayılıb. Onlar bazar daxilində ayrıca dükan açaraq orada öz peşələri ilə məşğul olublar. 

Təəssüf ki, hazırda belə bazarlara rast gəlmək mümkün deyil. Düzdü, indiki bazarlarda da hər nə desən tapmaq mümkündür - ərzaqdan tutmuş pal-paltara, xırdavata, hər növ məişət əşyalarına qədər. Amma bütün bunlara baxmayaraq bazarın adı elə üstündədir - bazar. 

ANN.Az-ın fotoreportyorunun kamerası bu dəfə əksəriyyətinin "Vosmoyun bazarı" kimi tanıdığı Nizami rayonunun 8-ci kilometr qəsəbəsində yerləşən obyektə tuşlanıb. 

Deyilənə görə, bu bazarda həftənin bütün günləri qələbəlik olur. Bəlkə elə buna görə də bazarda heç vaxt səliqə-səhman olmayıb -  malların atılmış qutuları, zibillik, üfunət qoxusu...
 
Fotoların müəllifi Fərqanə Novruzova

 


 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

 
 

 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb