• $
  • €
  • ₽
  • ₺
  • £

Sərkisyan Qarabağ ermənilərini toplayır: İrəvana ordu girir?

Sərkisyan Qarabağ ermənilərini toplayır: İrəvana ordu girir?
05.05.2018 09:50
Qarabağ klanının Ermənistanda daxili siyasi məsələlərdə güc tətbiq etməyə hazırlaşdığı istisna edilmir.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Politoloq hesab edir ki, Ermənistanda gedən proseslərə Qarabağ klanının nəzarətində olan hərbçilərin cəlbi mümkündür:
 

"Birincisi, ermənilər Ermənistandakı daxili gərginliyi azaltmaq üçün həmişəki kimi bu dəfə də "Azərbaycan təhlükəsi” məsələsindən istifadə edəcəklər. İkincisi, Qarabağ klanına tabe olan qüvvələrin daxili siyasi proseslərdə istifadə oluna biləcəyini istisna etmirəm. 10 il bundan qabaq Sərkisyanın "seçilməsindən” sonra ölkədə gərginlik yaşandı və nümayişçilərə qarşı güc tətbiq olundu. Hətta bəzi mənbələrdən o da məlum oldu ki, məhz Qarabağdan gələn qüvvələrin və silahlı dəstələrin Ermənistanda nümayişçilərə qarşı güc tətbiq etməsi nəticəsində dinc aksiyaçılar öldürüldü. Bu təcrübə mövcuddur və hesab edirəm ki, yenidən Dağlıq Qarabağ qondarma qurumu daxili siyasi proseslərə cəlb oluna bilər”.

Politoloq Ermənistanda nümayişçilərə qarşı güc tətbiq olunacağı təqdirdə ölkədə bir çox hadisələrin baş verəcəyini deyib: "Təbii ki, bu qanlı ssenarinin ikinci dəfə təkrarlanmasının nəticələri də çox ağır olacaq”.

T.Zülfüqarov Nikol Paşinyanın Respublika Partiyasının ona dəstək verəcəyi ilə bağlı son bəyanatı ilə bağlı deyib ki, Ermənistanda baş nazirin seçkilərlə müəyyənləşəcəyinə inanmır:

"Hər halda, təzyiqlərin baş verəcəyi istisna edilmir və bu fonda seçkilər günü parlamentin qarşısında böyük bir izdihamın yaşanacağı gözləniləndir.
 
Respublika Partiyasının seçkilərdə Paşinyanı dəstəkləyib-dəstəkləməyəcəyini demək olduqca çətindir. Vəziyyət gərgin olaraq qalır”.

Politoloq Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun İrəvanla bağlı növbəti soyuqqanlı yanaşmasının səbəblərinə də aydınlıq gətirib:

"Rusiya soyuqqanlı davranır və bunun səbəbləri ayrıdır. Moskva artıq İrəvana marağını itirir. Hərbi, iqtisadi cəhətdən Ermənistan Rusiya üçün heç bir önəm kəsb etmir. Ona görə Rusiya tərəfindən Ermənistana açıq soyuqqanlılıq nümayiş olunur. Bu fonda ABŞ və Rusiyanın bəyanatları da üst-üstə düşür: yəni bu, Ermənistanın daxili məsələsidir və konstitusiya çərçivəsində həll edilməlidir”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səudiyyə Ərəbistanı Ər-Riyada doğru buraxılan qanadlı raketi vurub
Dünya 16:57
Səudiyyə Ərəbistanı Ər-Riyada doğru buraxılan qanadlı raketi vurub
Hörmüz boğazında minaya düşən tanker yanıb
Dünya 15:58
Hörmüz boğazında minaya düşən tanker yanıb
ABŞ BƏƏ-dəki vətəndaşlarını Yaxın Şərqdə artan hücum təhlükəsi barədə xəbərdar edib
Dünya 15:33
ABŞ BƏƏ-dəki vətəndaşlarını Yaxın Şərqdə artan hücum təhlükəsi barədə xəbərdar edib
Trampı öldürməklə hədələyən Venesuela vətəndaşı Ağ Ev yaxınlığında saxlanılıb
Dünya 09:09
Trampı öldürməklə hədələyən Venesuela vətəndaşı Ağ Ev yaxınlığında saxlanılıb
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Dünya 09:03
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Tramp: ABŞ İranla danışıqları davam etdirir
Dünya 08:54
Tramp: ABŞ İranla danışıqları davam etdirir
Stiven Miller Ağ Ev Aparatının rəhbəri təyin olunub
Dünya 23:50
Stiven Miller Ağ Ev Aparatının rəhbəri təyin olunub
İrlandiyada təhdid məktubu göndərənlər Avropanı yeni hücumlarla hədələyiblər
Dünya 23:09
İrlandiyada təhdid məktubu göndərənlər Avropanı yeni hücumlarla hədələyiblər
Bolqarıstan qırıcıları partlayış təhlükəsi ilə əlaqədar iki sərnişin təyyarəsini müşayiət edib
Dünya 22:30
Bolqarıstan qırıcıları partlayış təhlükəsi ilə əlaqədar iki sərnişin təyyarəsini müşayiət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol