Birinci xanıma çətir tutulması “aləmi” qarışdırdı

Kolumbiya prezidentinin andiçmə mərasimində "çətir qalmaqlı” yaşanıb.
Oxu.Az-ın xəbərinə görə, Kolumbiyanın yeni dövlət başçısı İvan Duque Marquezin paytaxt Boqotadakı andiçmə mərasimi güclü yağış altında baş tutub.
Bu zaman ölkənin birinci xanımı Maria Juliana Ruizin çətirinin polis əməkdaşlardan biri tərəfindən tutulması hökumət üzvlərinin və vitse-prezidentin sərt reaksiyasına səbəb olub.
Onlar yalnız birinci xanımın çətirinin tutulması üçün ayrıca şəxsin ayrılmasını - "şərəfləndirilməsini” özlərinə qarşı hörmətsizlik və saymazlıq kimi qəbul ediblər.
Vitse-prezident Marta Lucia Ramirez və xanımı Alvaro Rincon ilə yanaşı, andiçmə mərasiminə dəvət edilən digər dövlətlərin rəsmiləri də birinci xanımı "tərs-tərs” süzüblər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 22:30
Bolqarıstan qırıcıları partlayış təhlükəsi ilə əlaqədar iki sərnişin təyyarəsini müşayiət edib























