• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ sanksiyaları Ermənistanı da vuracaq

ABŞ sanksiyaları Ermənistanı da vuracaq
08.08.2018 22:34
ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsi İranla əməkdaşlıq edən bir çox dövlətlərə mənfi təsir edəcək, lakin bu məsələdə ən çox ziyan çəkən region ölkəsi Ermənistan olacaq.

Bunu İran məsələləri üzrə erməni eksperti Karen Veranyan yerli KİV-ə müsahibəsində etiraf edib.

Onun sözlərinə görə, Vaşinqtonun sanksiyaları Ermənistan iqtisadiyyatına təsirsiz ötüşməyəcək, xüsusən də İranla sərhəddə yenicə açılan "Mehri” azad iqtisadi zonasının fəaliyyətini iflic edəcək. Çünki bu layihə daha çox İranla Ermənistan arasındakı ticarət dövriyyəsinin artırılması məqsədilə ortaya atılıb. Bu isə Ermənistanın həmin layihə vasitəsilə Avrasiya İqtisadi Birliyi və Çindən investisiyalar cəlb etmək arzusunu da puç edir.

"ABŞ-ın İrana qarşı sanksiyaları regionda və Ermənistanda təhlükəsizlik və sabitliyi poza, qonşu İranla Ermənistan arasındakı ticarət dövriyyəsini kəskin şəkildə azalda bilər. Çünki sanksiyalar təkcə İranın dövlət şirkətlərinə yox, hətta İranın öz ərazisindən kənarda fəaliyyət göstərən özəl şirkətlərinə, o cümlədən, onlarla əməkdaşlıq edənlərə də tətbiq olunacaq. Bu baxımdan "Mehri” azad iqtisadi zonasında İran şirkətlərilə birgə iş görmək istəyənləri də təhlükə gözləyir. Bütün bu kimi faktorlar potensial investorları Ermənistana sərmayə yatırmaqdan çəkindirəcək. Onlar öz bizneslərini riskə atmaq istəməyəcəklər. Nəticədə Ermənistan ciddi iqtisadi problemlərlə üzləşə bilər.” – deyə, Veranyan bildirib.
 
(azvision.az)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səudiyyə Ərəbistanı Ər-Riyada doğru buraxılan qanadlı raketi vurub
Dünya 16:57
Səudiyyə Ərəbistanı Ər-Riyada doğru buraxılan qanadlı raketi vurub
Hörmüz boğazında minaya düşən tanker yanıb
Dünya 15:58
Hörmüz boğazında minaya düşən tanker yanıb
ABŞ BƏƏ-dəki vətəndaşlarını Yaxın Şərqdə artan hücum təhlükəsi barədə xəbərdar edib
Dünya 15:33
ABŞ BƏƏ-dəki vətəndaşlarını Yaxın Şərqdə artan hücum təhlükəsi barədə xəbərdar edib
Trampı öldürməklə hədələyən Venesuela vətəndaşı Ağ Ev yaxınlığında saxlanılıb
Dünya 09:09
Trampı öldürməklə hədələyən Venesuela vətəndaşı Ağ Ev yaxınlığında saxlanılıb
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Dünya 09:03
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Tramp: ABŞ İranla danışıqları davam etdirir
Dünya 08:54
Tramp: ABŞ İranla danışıqları davam etdirir
Stiven Miller Ağ Ev Aparatının rəhbəri təyin olunub
Dünya 23:50
Stiven Miller Ağ Ev Aparatının rəhbəri təyin olunub
İrlandiyada təhdid məktubu göndərənlər Avropanı yeni hücumlarla hədələyiblər
Dünya 23:09
İrlandiyada təhdid məktubu göndərənlər Avropanı yeni hücumlarla hədələyiblər
Bolqarıstan qırıcıları partlayış təhlükəsi ilə əlaqədar iki sərnişin təyyarəsini müşayiət edib
Dünya 22:30
Bolqarıstan qırıcıları partlayış təhlükəsi ilə əlaqədar iki sərnişin təyyarəsini müşayiət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol