Xalq artistinin 120 illiyi qeyd olunacaq

23:13 | 08.04.2014
Xalq artistinin 120 illiyi qeyd olunacaq

Xalq artistinin 120 illiyi qeyd olunacaq

Aprelin 10-da Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Akademik Milli Dram Teatrında xalq artisti, Azərbaycan kinosu və teatrının inkişafında müstəsna xidmətləri olan Mustafa Mərdanovun anadan olmasının 120 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək.Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə aktyorun teatr və kino fəaliyyətini əks etdirən videoçarx, onun iştirak etdiyi tamaşalardan və filmlərdən parçalar nümayiş olunacaq.Qeyd edək ki, Mustafa Mərdanov 1894-cü ildə Mərənddə anadan olub. Aktyor 1921-1922-ci illərdə Tiflis Azərbaycan Dövlət Teatrının direktoru vəzifəsində çalışıb. M. Mərdanov “O olmasın, bu olsun”, “Bəxtiyar”, “Əhməd haradadır”, “Görüş”, “Qanun naminə” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. M. Mərdanov 1968-ci ildə dünyasını dəyişib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb