Ordumuz şəhid verdi

15:00 | 27.03.2015
Ordumuz şəhid verdi

Ordumuz şəhid verdi

Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi Kazımov Etibar Xudavi oğlu martın 26-da cəbhənin Tər-tər rayonunun Qapanlı kəndi istiqamətində şəhid olub. 

Bunu Trend-in rəsmi sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildiriblər.

Nazirlikdən daxil olan məlumatda deyilir: "Müdafiə Nazirliyi Mətbuat xidməti faktı təsdiq edir. Allah rəhmət eləsin!”

Qeyd edək ki, martın 26-da yerli internet portallarının birində yayılmış məlumatlarda Kazımov Etibar Xudavi oğlunun 2 ay əvvəl ailə həyatı qurduğu bildirilir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb