87-ci teatr mövsümü Tovuz rayonunda yekunlaşdı... - Fotolar

14:25 | 07.07.2015
87-ci teatr mövsümü Tovuz rayonunda yekunlaşdı... - Fotolar

87-ci teatr mövsümü Tovuz rayonunda yekunlaşdı... - Fotolar


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti bölgələrdəki qastrol səfərini başa vuraraq  geri dönüb. Qastrol səfəri iyul ayının 4-dən start götürərək Şəmkir, Samux, Göygöl, Daşkəsən və Tovuz rayonlarında çox böyük uğurla davam etdirilib.  
 
 
Yaradıcı heyət sözügedən bölgələrdə Azərbaycan Milli dramaturgiyasının banisi, böyük mütəfəkkir, görkəmli dramaturq və ictimai xadim M.F.Axundzadənin "Hekayəti-Xırs-Quldurbasan” tamaşası ilə çıxış edib.
 
 
Beləliklə, Dövlət Gənc Tamaşaçılar Teatrı özünün bu ilki – 87-ci teatr mövsümünə Tovuz rayonunda yekun vurub.
 
 
Mövsümün bağlanış mərasimində Dövlət Gənc Tamaşaçılar Teatrının nümayəndələri ilə bərabər, Tovuz rayon İcra Hakimiyyəti aparatının rəhbərliyi, qabaqcıl mədəniyyət, səhiyyə, təhsil işçiləri və ziyalılar iştirak etmişlər.
 
 
Rayon ictimaiyyəti adından çıxış edənlər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivinə yeni yaradıcılıq uğurları arzulayaraq, ölkənin aparıcı teatrına özünün 87-ci mövsümünə məhz Tovuz rayonunda yekun vurduğuna görə rayon ziyalıları adından təşəkkürlərini bildirmişlər.  
 
 
Məlumat üçün bildirək ki, qastrol səfəri Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi "Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının müvafiq bəndinin icra edilməsi və bölgələrdə yaşayan əhalinin asudə vaxtının səmərəli keçirilməsi, gənclərin və məktəblilərin mənəvi estetik tərbiyəsinin formalaşdırılması məqsədilə hər il ənənəvi olaraq həyata keçirilir.
 












www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb