ABŞ viza verməyi dayandırdı - Türkiyədən cavab

10:42 | 09.10.2017
ABŞ viza verməyi dayandırdı - Türkiyədən cavab

ABŞ viza verməyi dayandırdı - Türkiyədən cavab

Amerikalılar da bu ölkəyə girə bilməyəcək

ABŞ hökuməti Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, qadağanın nə zaman bitəcəyi açıqlanmayıb.

Bu barədə açıqlama ötən gün axşam ABŞ səfirliyinin "Twitter" hesabından elan edilib. Gece yarısına doğru isə Türkiyə cavab addımı atıb və ABŞ vətəndaşlarına viza verilməsi prosesinin dayandırıldığını açıqlayıb.

Birləşmiş Ştatların bu addımı İstanbuldakı konsulluğunun əməkdaşı Metin Topuzun həbsinə cavab olaraq atdığı ehtimal edilir. Adıçəkilən şəxs FETÖ (Fətullahaçı Terror Təşkilatı) ilə əlaqədə ittiham edilir.

Qeyd edək ki, Türkiyədən ABŞ-a gedənlər ilk olaraq səfirlikdən viza almalıdırlar. Yəni vizasız türk ölkəsini tərk edə bilmir. Ancaq ABŞ vətəndaşları vizalarını Türkiyəyə gəldikdən sonra hava limanı və sərhəd keçid məntəqələrində əldə edirdilər.

İki ölkə arasında yaranan viza problemindən ən çox əziyyət çəkənlər isə Türkiyəyə gəlməkdə olan amerikalılar olacaq. Belə ki, qərar qəbul edildikdən sonra təyyarədə olan amerikalılar viza verilmədiyi üçün geri - öz ölkələrinə göndəriləcəklər.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti