ADNA terrorunun 6-ci ili - FOTOLAR+VİDEO

16:25 | 30.04.2015
ADNA terrorunun 6-ci ili - FOTOLAR+VİDEO

ADNA terrorunun 6-ci ili - FOTOLAR+VİDEO

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş vermiş qanlı terror hadisəsinin baş verməsinin 6-cı ildönümüdür. 

ANN.Az-ın çəkiliş qrupu ali təhsil ocağının Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusunun yerləşdiyi binada olub. Müəllimlərin, tələbələrin bu gün yaşadığı 30 aprel tarixi 6 il əvvəlki eyni təqvimdən xeyli fərqli olub - dərsə girən kim, dərsdən çıxan kim... Sadəcə bir fakt dəyişməz olub ki, 6 il əvvəl də bu ərazidə polis əməkdaşları var idi, indi də. 6 il əvvəl onlar bir terrorçunu, insanların qatilini yaxalamaq üçün burada idilər, amma indi ərazini nəzarətdə saxlamaq üçün. Ümumən isə, hər şey qaydasında və tam sakitlik idi.
 
Çəkiliş qrupuna binaya daxil olmağa icazə verilməsə də, əməkdaşlarımız içəridəki otaqlardan birində terror qurbanlarının fotolarını və onların qarşısına düzülmüş çiçək dəstələrini görüblər. Tələbələr səhər tezdən ictimai fəalların, tələbələrin universitet qarşısına toplaşaraq hadisə qurbanlarını andıqlarını deyiblər.

Xatırladaq ki, 2009-cu il 30 apreldə səhər saat 9:30 radələrində ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan silahlı şəxs qarşısına keçən hər kəsə tapançadan atəş açaraq çoxsaylı insan həyatına son qoymuşdu. Hadisə nəticəsində 12 nəfər həyatını itirmiş, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdı. Gülləyə tuş gələnlərin içərisində akademiyanın professorları, laborantlar, tələbələr, müəllimlər, qapıçı və hətta yeməkxanaya süd məhsulları gətirən yaşlı bir qadın da var idi. Hadisə ilə bağlı başlanan cinayət işində hadisəni törətdiyi bildirilən  Fərda Qədirovun ölümü səbəbindən ona aid olan hissəyə xitam verilmişdi. Digər təqsirləndirilən şəxslər Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum edilmişdi.


















 
 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb