Azad ticarət zonasının istifadəyə veriləcəyi tarix açıqlandı

20:36 | 18.03.2016
Azad ticarət zonasının istifadəyə veriləcəyi tarix açıqlandı

Azad ticarət zonasının istifadəyə veriləcəyi tarix açıqlandı

Azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın 2017-ci ildən tam fəaliyyət göstərəcəyinə ümid edirik.

ANN.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru T.Ziyadov deyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən gün imzaladığı Ələtdə yerləşən Bakı Limanında azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması barədə sərəncam bizim "hab” strategiyamızın əsas tərkib hissəsidir.

Onun sözlərinə görə bu sərəncam Bakı Limanının dünyanın məşhur liman mərkəzlərindən birinə çevrilməsinin hüquqi əsasını qoyub, bu işə təkan verib: "Bakı Limanı İqtisadiyyat Nazirliyi ilə birlikdə 6 ay ərzində beynəlxalq mütəxəssisləri cəlb etməklə, hüquqi baza hazırlayacaq. Bu zonanın gələn ildən tam fəaliyyət göstərəcəyinə ümid edirik. Bununla da Ələtdəki azad ticarət zonası tipli xüsusi iqtisadi zona dünyanın Dubay, Honkonq, Şanxay, Sinqapur kimi nəhəng nəqliyyat-logistika mərkəzinə çevriləcək”, - deyə T.Ziyadov vurğulayıb.

Həmçinin baş direktor bildirib ki, Limanın sahəsi 400 hektardır və bu ərazinin 100-115 hektarında azad iqtisadi zona yaradılacaq. Əgər bu zonanın yaradılmasında 100-115 hektar ərazi kifayət etməzsə, o zaman Bakı Limanının sahəsini genişləndirə bilərik.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb