Bakı parkları: Malakan bağı - FOTOREPORTAJ

15:35 | 09.09.2015
Bakı parkları: Malakan bağı - FOTOREPORTAJ

Bakı parkları: Malakan bağı - FOTOREPORTAJ

Rüstəm Qasımov

Malakan və yaxud Xaqani bağı şəhərimizin mərkəzində yerləşən ən maraqlı parklardan biridir. 

Bu balaca məkanı Malakan bağı adlandırmaq səbəbsiz deyil. 19-cu əsrdə bu məkanın ətrafındakı karvansaralarda və mehmanxalarda müxtəlif uezdlərdən ticarət məqsədiylə gələn malakanlar məskunlaşmışdılar. Bu məkan çox məşğul yer olub, ətraf küçələrdə emalatxanalar fəaliyyət göstərirdi, buna görə də burada həyat həmişə qaynar olub. 
 


XIX əsrin 70-ci illərində şəhər rəhbərliyi bu ərazidə bağ salmaq qərarına gəlir, bağ isə Malakan meydanı adlandırılır. 1 hektar ərazisi olan bağ çox geniş ərazini əhatə edirdi. 

Bağın ətrafında abadlıq işləri aparılmaq məsələsi ortaya çıxanda malakan bağı böyük tikinti meydançasının mühasirəsində qaldı. Yeri gəlmişkən, bağın kompozisiyasına mərkəzdə quraşdırılmış fəvvarəli hovuz da daxil idi. Hazırda bağın mərkəzində olan fəvvarəni bir vaxtlar bağın yaxınlığında yaşayan malakan Kaşeyev quraşdırıb.

Malakan bağı mövcud olduğu dövr ərzində dəfələrlə dəyişikliklərə məruz qalıb, xüsusilə planlaşdırma məsələsində. Xüsusilə bağda xiyaban yaradılan zaman elə ağac növləri əkilib ki, onlar Bakının təbiətinə uyğunlaşa bilsinlər və həm də dekorativ gözəlliyə malik olsunlar.  

Zaman ərzində Malakan bağının ətrafında möhtəşəm binalar tikilib: neft maqnatı Şibayevin möhtəşəm malikanəsi, Rusiyanın "çay kralı" Visotskinin orijinal memarlıq üslubu ilə seçilən evi, "Mikado" teatrı (hazırki rus dram teatrı), Hacı Ələkbər Dadaşovun evini bu tikililərə misal göstərmək olar. 

Mövcudluğu ərzində Malakan bağının adı da bir neçə dəfə dəyişdirilib. Sovet hökuməti qurulandan sonra bağın adı Aşum Aliyev adını daşımağa başlayıb, sonra o, 9 yanvar adını daşıyıb, indi isə Xaqani bağı adlandırılır. 

Son illərdə bağ iki dəfə rekonstruksiya edilib. İndi bağın mərkəzindəki fəvvarəli hovuzun içində həmçinin "3 pəri"nin heykəli qoyulub. Onlar su, hava və günəşi simvolizə edirlər. Bu abidə məşhur bakı meri Əliş Ləmbəranskinin ideyası olub. 
 


Malakan bağı Bakı sakinlərinin ən sevimli məkanlarından biridir. Hündür, iriyarpaqlı ağacların sayəsində hətta yayın cırhacırında da bağ sərin olur. Bundan başqa, bağda balaca ziyarətçilər üçün attraksionlar quraşdırılıb, valideynlər istirahət edərkən uşaqlar burada əla vaxt keçirə bilərlər. 

Elm, təhsil, mədəniyyət və maarifçiliyi təbliğ edən ANN.Az xəbər portalı oxucularını paytaxtımızda baş verən mədəni hadisələr və məkanlarla tanış etməkdə davam edir. 

Xoş seyrlər: 
 























 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM