Bu qəsəbələrin qaz təchizatında məhdudiyyətlər olacaq

19:27 | 18.08.2016
Bu qəsəbələrin qaz təchizatında məhdudiyyətlər olacaq

Bu qəsəbələrin qaz təchizatında məhdudiyyətlər olacaq

Sabah Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.
 
SOCAR-dan "APA-Economics”ə verilən məlumata görə, avqustun 19-da saat 10:00-dan 18:00-dək "Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Qobu”, "Müşviqabad”, "Aşagı Güzdək” və "Pirəküşgül” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
 
Təmir müddətində Abşeron rayonunun Qobu, Müşfiqabad, Aşağı Güzdək, Ceyranbatan və Pirəküşgül qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb